10.06.2025, 00:52
AZ EN
07.11.2024, 17:52 99

Yasamal rayonunda Şuşa sakinlərinin növbəti səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərovun Yasamal rayonu, Şuşa Humanitar Kollecində vətəndaşlarla növbəti səyyar qəbulu keçirilib.

Görüşü Rayon İcra Hakimiyyətinin başçısı  açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə aparılan sürətli tikinti- quruculuq işlərindən, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verdi.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun, Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə müraciət edən vətəndaşlar diqqətlə dinlənilib. Onların qaldırdığı məsələlərə aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirilib. Görüş zamanı səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərləri isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün tapşırıqlar verilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər