17.02.2026, 11:16
AZ EN
17.02.2026, 07:41 176

Ağdam sakini: "Bu gün bizim üçün çox əlamətdardır"

XƏBƏRLƏR
  • Bizim üçün çox əlamətdar gündür. Biz doğma yurdumuz olan Ağdam şəhərinə qayıdırıq. Şəhər artıq öz sakinlərini qəbul edir və biz bunu böyük sevinc və qürur hissi ilə qarşılayırıq. Bu anı illərlə gözləmişik.

Bu sözləri açıqlamasında Ağdam şəhərinə qayıdan keçmiş məcburi köçkün Vəzir Əliyev söyləyib.

O, bu qayıdışın adi bir köç deyil, doğma torpağa geri dönüş olduğunu vurğulayıb: “Arzu edirik işğaldan azad olunmuş bütün kənd və şəhərlərimizə həyat yenidən qayıtsın, insanlar evlərinə dönüb qurub-yaratsınlar. Uşaqlarımız bu torpaqları görmədən böyüyüblər. İndi isə onlar doğma yurdlarını tanıyacaq və gələcəklərini burada quracaqlar.

Bu günləri bizə yaşadan şəhidlərimizə və qazilərimizə borcluyuq. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

İnanırıq ki, Ağdam yenidən dirçələcək və əvvəlkindən də gözəl olacaq”. (AZƏRTAC)

Oxşar xəbərlər