Cahangir müəllim bildirdi ki, mənim özümün indi də müəllim işlədiyim kafedranın adı “Yeni media və kommunikasiya nəzəriyyəsi”dir. Vaxtilə kafedranın adı “Sovet jurnalistikasının nəzəriyyəsi və təcrübəsi” idi. “Sovet jurnalistikası”, deyib, biz xarici jurnalistikaya müraciət edə bilmirdik. Jurnalistikanın nə soveti, nə kommunisti...
1993-cü ildə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ölkədə həm siyasi sabitlik yaratdı, həm də media sahəsinin yenidən formalaşmasına imkan verdi. Cahangir müəllim deyir ki, Ulu öndər hakimiyyətə ikinci dəfə gələndə artıq demokratik bir Azərbaycan qurulmalı idi. Bu demokratik Azərbaycanın arxitektoru Heydər Əliyev oldu. Onun yaratdığı mətbuat olmasaydı həqiqətən demokratik Azərbaycan dövlətini yaratmaq mümkün olmazdı.
Ulu öndərin bir vaxtlar jurnalistlərlə çox maraqlı görüşlərinin iştirakçısı olmuş Cahangir müəllim söyləyir: “Heydər Əliyev Azərbaycan jurnalistlərinin dostu” mükafatına layiq görüldü. Həmin görüşdə mən də iştirak edirdim. O, jurnalistlərin yaxşı mənada qiymətini verdi. Dedi ki, Siz böyük işlər görürsünüz. Sizin mətbuatınız olmasaydı, Siz jurnalistlər sərbəst və müstəqil olmasaydınız Azərbaycanda müstəqil dövlət yaratmaq mümkün deyildi.
Hazırladı: Mina RƏŞİD