19.10.2024, 18:41
AZ EN
11.01.2023, 12:14 330

Arzusuna çatan qazi

XƏBƏRLƏR

Bütün həyatı boyu Azərbaycan torpaqlarının işğalına dözməyən oğullarımız Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir tarixə imza atdılar. Bununla da  uzun illərin həsrətinə son qoyub arzularına qovuşdular. Elə igid ogullarımızdan biri də Məmmədli Məmməd Mehdixan oğludur. O, 13 mart 1994-cü ildə Biləsuvar rayonunda anadan olub. Orada birinci sinfə daxil olan Məmməd beşinci sinifdən məcburi köçkünlər üçün salınmış qəsəbədəki 7 saylı tam orta məktəbdə təhsil alıb. M.Məmmədli 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və sərhəd qoşunlarında xidmət etmişdir. Ordudan tərxis olunduqdan bir müddət sonra, yəni 2016-ci il aprel döyüşləri ərəfəsində müddətdən artıq xidmətə başlayıb. Məmməd qeyd etdi ki, 2020-ci ildə Bakı şəhərində gizirlik kursunu bitirib, Füzuli rayonunda hərbi xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qoşulan igidimiz Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə 3 qəlpə yarası ilə kəllə-beyin travması alaraq xəstəxanaya göndərilib. Döyüşmək arzusu onu bir an da tərk etmədiyi üçün bir həftə sonra xidmətə qayıdıb. Füzuli, Xocavənd, Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə sağ ayağından güllə yarası alan M.Məmmədli yenidən xəstəxanaya göndərilib və ordudan tərxis olunub. Qazimiz  xüsusilə vurğuladı ki, yaralı olmağıma peşiman deyiləm, bu gün də lazım olsa yenə döyüşə gedərəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı","Cəsur döyüşçü"," Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

İsa MUSAYEV

Oxşar xəbərlər