19.10.2024, 10:27
AZ EN
26.10.2022, 13:26 214

Milli Qəhrəman Maşallah Abdullayev vəfat edib

XƏBƏRLƏR

Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev vəfat edib.

Maşallah Abdullayevin onkoloji xəstəlikdən 72 yaşında dünyasını dəyişdiyi bildirilir.

 

Goranboy rayon İcra Hakimiyyətindən  verilən məlumata görə, Milli Qəhrəman Maşallah Abdullayev bu gün dəfn ediləcək.

Qeyd edək ki, Abdullayev Maşallah Babakişi oğlu 27 may 1950-ci ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Kəpənəkçi kəndində doğulub. Birinci Qarabağ müharibəsində könüllülərdən ibarət dəstə yaradaraq iştirak edib. 1992-ci ildə briqada komandirinin müavini vəzifəsinə təyin olunub. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində şücaət göstərib. 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Maşallah Abdullayev 1992-1993-cü illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı kimi çalışıb. Azərbaycan Respublika Ali Sovetinin deputatı olub.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Şurasının sədri kimi fəaliyyət göstərib.

APA

Oxşar xəbərlər