Səfərdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov və ICOMOS Azərbaycanın prezidenti Sədaqət Davudova iştirak edib.
Səfər çərçivəsində Ağdam şəhərində yerləşən “İmarət” kompleksi, Şəhidlər xiyabanı, Dram teatrı, Cümə məscidi, Çörək muzeyi, Şahmat evi, Şahbulaq qalası, Qiyaslı kəndində yerləşən məscidə baxış keçirilib. (APA)