18.10.2024, 18:28
AZ EN
03.05.2024, 11:07 325

Günel Natiqin yeni kitabı Şəhidlərimizin sevgi hekayətlərindən bəhs edir

XƏBƏRLƏR
  • İstedadlı, tanınmış yazıçı Günel Natiqin bu günlərdə "Elm və Təhsil" nəşriyyatında "Leyli-Məcnundan da böyük" adlı kitabı işıq üzü görüb.

Kitabda Vətən Müharibəsinin qəhrəman 13 şəhidinin və onların fədakar xanımlarının sevgi hekayətləri yer alıb.

Məlumat üçün bildirək ki, AYB və AJB-nin üzvü, Prezident mükafatçısı, yazıçı, jurnalist, aparıcı Günel Natiq 1980-ci il martın 12-də Bakıda anadan olub. Azərbaycan Radiosunun tarixində ən gənc redaktor (17 yaşında) olan Günel Natiq radioya gəldiyi ilk illərdən orijinal üslubu, özünəməxsus ifadə tərzilə seçilib və öz dinləyici auditoriyasını qazanıb. O, Azərbaycan Radiosunda məşhur "Qərib axşamlar" verilişinin müəllifidir.

Onun 2015-ci ildə hekayə, esse, portret yazılar və araşdırmalardan ibarət "Kağız gəmilər",  2019-cu ildə "Məhəbbət quşları" adlı hekayələr, 2021-ci ildə "Azərbaycan" jurnalı və "Aydın yol" qəzetində yayınlanan məqalələrdən ibarət çox sevilən "Ədəbi talelər" adlı kitabları çap edilib.

Günel Natiq mərhum tərcüməçi Natiq Səfərovun qızıdır.

Mina RƏŞİD

Oxşar xəbərlər