23.12.2024, 09:01
AZ EN
29.05.2024, 13:12 274

Xankəndidən 5 yaşımda ayrılmışdım...

XƏBƏRLƏR
  • “...Gün o gün olsun ki, gələn bayramı Qarabağda, Şuşada, Xankəndidə keçirək. O gün bax, bu gündür, o gün oldu... Bunu bir xalq olaraq qazandıq. 35 il yol gəldik, nə vaxtsa yavaş, nə vaxtsa sürətlə, bəzən kiçik, bəzən böyük məğlubiyyətlə, amma heç vaxt dayanmamışıq. Çünki biz Qarabağdan heç vaxt vaz keçməmişik...” Bu sözləri İctimai Televiziyaya Xankəndi sakini Aytəkin Haşımova söyləyib.  

35 ildir ki, Xankəndidən çıxan Aytəkin xanım indi yenidən 5 yaşında ayrıldığı doğma yurduna qovuşmağın sevincini yaşayır. Sevincini sözlə ifadə edə bilməyəcək qədər həyəcanlı olan Xankəndi sakini bildirir ki, o vaxt buradan birlikdə ayrıldığım doğmalarım indi həyatda yoxdur, onları qəlbimdə gətirmişəm....

Mina RƏŞİD   

Oxşar xəbərlər