Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu qarşıdan gələn 22 iyul - Azərbaycanda Milli Mətbuat günü ilə əlaqədar olaraq mətbuat nümayəndələri arasında şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş "Mənəvi dəyərlərimiz: vətənpərvərlik" adlı məqalə müsabiqəsi elan edir. Müsabiqəyə vətənpərvərliyin media vasitəsilə təbliği, Vətən sevgisinin yeniyetmə və gənclərə aşılanması, azərbaycançılıq, qürur yerimiz olan şəhidlər, Qarabağ zəfəri və s. kimi müxtəlif mövzularda məqalələr göndərilə bilər. Fondun şərtlərinə görə məqalə innovativ və əhatəli olmalı, müsabiqə elan olunduqdan sonra, qəzet və ya elektron internet portallarında dərc edilməli, məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır. (1,5 aralıq məsafə ilə təxmiən 2-3 A4 formatlı vərəq həcmində). Yazılar qəzetdə dərc edilərsə, A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Fonda təqdim olunmalıdır. Elektron portalda dərc edilərsə, A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) link əlavə edilərək Fonda təqdim edilməlidir.
Qeyd edək ki, müsabiqəyə təqdim edilmək üçün hazırlanan materiallar kağız və ya elektron daşıyıcıda birbaşa fonda, yaxud elektron poçt vasitəsilə mdtf.press@gmail.com adresinə göndərilə bilər.
Mükafat:
I yer - 1000 AZN.
Il yer - 800 AZN.
III yer - 600 AZN.
Hər biri 400 AZN olmaqla 4 həvəsləndirici mükafat.
Müsabiqənin müddəti: 01 iyun - 15 iyul 2022-ci il.
Əlaqə vasitələri: Tel: (012) 436-98-52
E-mail: mdtf.press@gmail.com.
Ünvan: Bakı şəh., Yasamal r., M.Naxçıvani küç. 29