19.11.2025, 15:52
AZ EN
15.11.2025, 10:43 128

Şuşa sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov növbəti səyyar qəbulunu Tərtər rayonu, Şıxarx qəsəbəsi, 1170 ailəlik məcburi köçkün qəsəbəsində məskunlaşmış rayon sakinləri ilə keçirdi.

RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda, Şuşa şəhərində aparılan abadlıq-quruculuq işləri, sakinlərin məşğulluğunun təmin olunması, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verərək, sakinləri fərdi qaydada dinlədi.
Vətəndaşların səsləndirdikləri problemlərin qısa müddətdə həll olunması istiqamətində tədbirlər müəyyənləşdirildi.

Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olundu, icrası vaxt tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verildi və onların icrası nəzarətə götürüldü.
Qəbulda iştirak edən sakinlər onların qayğılarının öyrənilməsi, problemlərinin həll edilməsi məqsədilə yerlərdə təşkil olunan səyyar qəbullara görə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərova minnətdarlıqlarını bildirdilər.

Mina RƏŞİD

Oxşar xəbərlər