22.11.2024, 10:23
AZ EN
28.11.2023, 20:25 399

Sankt-Peterburqda “Leninqradın qəhrəmanları: Vətənin müdafiə olunmasında azərbaycanlıların şücaəti” adlı tədbir keçirilib

XƏBƏRLƏR
  • “Leninqradın azad olunmasında SSRİ xalqları” mədəni maarifləndirici layihəsi çərçivəsində və Leninqradın blokadasının qırılmasının 80 illiyi ilə əlaqədar olaraq “Leninqradın qəhrəmanları: Vətənin müdafiə olunmasında azərbaycanlıların şücaəti” adlı tədbir keçirilib.

Sankt-Peterburq şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti tərəfindən Zəfər muzeyində təşkil olunmuş tədbirdə Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsinin sədr müavini Yevgeni Kassüra, Sankt-Peterburq Qanunvericilik Məclisinin deputatı, “Yedinaya Rossiya” fraksiyasının rəhbəri Pavel Krupnik, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin başçısı Vladimir Zapevalov, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov, Sankt-Peterburq və Leninqrad vilayətinin Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti Şəhər İctimai Birliyinin sədri Vaqif Məmişov, blokadalı Leninqradın sakini Vera Rakova və digərləri çıxış ediblər.

Çıxış edənlər İkinci Dünya müharibəsində Leninqradın müdafiə olunmasında azərbaycanlıların mühüm rolunu qeyd ediblər. Vurğulanıb ki, minlərlə azərbaycanlı şəhərin faşist blokadasından azad edilməsində fəal iştirak edib. Onların çoxu şücaət göstərib, buna görə də orden və medallarla təltif olunublar, onların adları “Sankt-Peterburqun xatirə kitabı”na salınıb. Tədbirin tarixi yaddaşın qorunub saxlanması istiqamətində vacib addım olduğu vurğulanıb. (AZERTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR