İnstitutdan bildirilib ki, kitabda Qərbi Azərbaycanın Amasiya rayonunun Qaraçanta kəndinin tarixi və etnoqrafiyasından bəhs olunur. Nəşrdə bölgəyə məxsus folklor nümunələri də yer alıb.
Kitabın redaktoru mərhum professor Ramiz Əskər, rəyçiləri isə dosent Sönməz Abbaslı, Qars Mədəniyyət və Sənət Dərnəyinin sədri Vedat Akçayöz və Folklor İnstitutunun əməkdaşı Afaq Mustafayevadır. (AZƏRTAC)