19.11.2025, 23:04
AZ EN
07.11.2025, 17:41 191

Qadın minaaxtaranların qəbuluna başlanılıb

XƏBƏRLƏR
  • Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən “İcma Mina Aksiyası” komandası qadın minaaxtaran vəzifəsinə işçi qəbulu elan edir.

Qadın minaaxtaran vəzifəsinə işçi qəbulunda aşağıdakı tələblər mövcuddur:

Minaaxtaran vəzifəsinə müraciət etmək istəyən şəxslər aşağıdakı meyarlara uyğun olmalıdırlar:

Azərbaycan Respublikasının vətəndaşı olan, 18-30 yaş aralığında fiziki və əqli cəhətdən sağlam şəxs (qadın);

Məsuliyyətli, nizam-intizamlı və komanda şəraitində işləməyə uyğun;

Cinayət məsuliyyətinə cəlb olunmamış, məhkumluğu olmayan;

Narkotik və psixotrop maddələrə asılılığı olmayan şəxs.

Təminat və şərtlər:

Rəqabətqabiliyyətli əməkhaqqı və səmərəli fəaliyyətə görə mükafatların verilməsi;

Gündəlik yemək, geyim (xüsusi forma) və yaşayış yeri ilə təmin edilmə;

Əməkhaqqı: 1000 AZN;

İş qrafiki: həftə içi 5 gün (08:00–17:00);

Şənbə və bazar günləri işləyənlərə həmin günlər üçün ikiqat ödəniş.

Maraqlanan xanım namizədlər aşağıdakı sənədləri office@iepf-ngo.org elektron poçt ünvanına və ya 051 215 08 80 WhatsApp nömrəsinə göndərməklə müraciət edə bilərlər:

Şəxsiyyət vəsiqəsinin surəti;

CV və ya bioqrafiya.

Sənədlərin qəbulu üçün son tarix: 13 noyabr 2025.

Oxşar xəbərlər