18.01.2026, 10:03
AZ EN
24.10.2025, 09:25 185

Qubadlının zəngin tarixi və mədəni irsi gələcək nəsillər üçün qürur mənbəyidir

XƏBƏRLƏR
  • Doğma Qubadlımızın işğaldan azad olunmasının 5-ci ili və Şəhər günü münasibətilə təsdiqlənmiş tədbirlər planına uyğun olaraq Qubadlı Rayon Xıdırlı kənd tam orta məktəbinin bir qrup şagirdi Qubadlı Diyarşünaslıq Muzeyinə maraqlı ekskursiya etmişdir. 

Ekskursiyanın məqsədi şagirdlərdə doğma yurdun tarixi, mədəniyyəti və milli dəyərlərinə olan marağı artırmaq olub. Muzeydə şagirdlər qədim Qubadlının tarixi,  qədim sənət nümunələri, həmçinin qəhrəmanlıq səhifələri ilə yaxından tanış olublar.
Onlara rayonun görkəmli şəxsiyyətləri və zəngin mədəni irsi barədə geniş məlumat verilib.
Ekskursiya müddətində uşaqlar həm öyrəniblər, həm də vətənpərvərlik duyğularını daha dərindən hiss ediblər. 
Bu cür tədbirlər şagirdlərimizin milli kimliklərinin formalaşmasına, doğma torpağa sevgi və bağlılıq hissinin möhkəmlənməsinə xidmət edir.
Ekskursiyanın sonunda xatirə şəkilləri çəkilib və hər kəs xoş təəssüratlarla məktəbə qayıdıb.
Məktəb rəhbərliyi belə maarifləndirici səfərlərin davamlı olacağını bildirib.
Qubadlının zəngin tarixi və mədəni irsi gələcək nəsillər üçün qürur mənbəyidir!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər