Azərbaycan Dillər Universitetinin məzunu Vüsal Hümbətzadə rektor akad. K.M.Abdullayev tərəfindən Azərbaycanda Dillər Universitetinin ictimai işlərində fəal iştirakına görə təşəkkürnamə ilə təltif edilib.
Qeyd edək ki, Vüsal Hümbətzadə bir neçə gün bundan əvvəl İsveçrənin ETH Zurich Universitetinə qəbul olub.
ETH Zurich (Sürix Federal Texnologiya Universiteti) dünyanın ən yaxşı universitetləri siyahısında 7-ci yerdə qərarlaşıb və qeyd edək ki, Albert Eynşteyn də həmin universitetdə məzun olub.
Tahirə AĞAMİRZƏ