Coşqun Zülfizadə 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib və müharibədən sonra orduda qalaraq xidmət etmək qərarına gəlib. Türkiyədə "Komando" kursunu müvəffəqiyyətlə başa vurub.
Coşqun Zülfizadə 2022-ci ilin 13 sentyabrında Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Vətənin igid oğlu Coşqun Zülfizadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD