Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Vətən müharibəsinin 5-ci ildönümünə həsr edilən görüşdə əvvəlcə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Torpaqlarımızın azadlığı uğrunda silaha sarılan qəhrəman əsgər və zabitlər iştirakçısı olduqları döyüşlərdən, cəbhə xatirələrindən danışıb, Ordumuzun göstərdiyi rəşadət və igidliklərdən bəhs ediblər.
Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.(AZƏRTAC)