20.04.2025, 07:24
AZ EN
07.06.2024, 09:53 356

Ulu Öndər Heydər Əliyev haqqında yeni fundamental tədqiqat

XƏBƏRLƏR
  • Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Rahid Uluselin “HEYDƏR ƏLİYEV: Hər zaman bizimlə” adlı yeni kitabı nəşr olunub.

İnstitutdan bildirilib ki, kitabın elmi redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylidir. Bu fundamental tədqiqat əsəri dünyanın siyasi inkişaf məntiqində Heydər Əliyev fenomeninin necə dərk olunması, bu kontekstdə Azərbaycan-dünya münasibətlərinin necə qurulması, ölkəmizin siyasət və mədəniyyət sahəsində qlobal əməkdaşlıq sferalarına daxil olması, Ümummilli Liderin böyük irsinin Azərbaycan humanitariyasına necə təməl təşkil etməsi, Ulu Öndərin vəsiyyətlərinin Prezident İlham Əliyevin siyasi kursunda, milli mədəniyyət və dövlətçiliyimizin inkişafı prosesində, xüsusilə 2020-ci il Vətən müharibəsində necə gerçəkləşməsi məsələlərinə həsr olunub. (AZƏRTAC)

Oxşar xəbərlər