17.01.2026, 20:03
AZ EN
13.10.2025, 10:00 275

Bu gün dəmiryolçuların peşə bayramıdır

XƏBƏRLƏR
  • Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olmuşdur. Həmin tarixi dövrdən başlayaraq dəmir yolu yük daşınmasına olan tələbatın artdığını nəzərə olaraq inkişaf edib və təkmilləşib.

145 il bundan əvvəl yaranan Azərbaycan dəmir yolu 13 oktyabr 1955-ci ildən müstəqil dəmir yolu kimi fəaliyyət göstərir. Prezident İlham Əliyev dəmir yolu işçilərinin peşə bayramı gününü təsis edərkən məhz bu tarixi əsas götürüb, 7 oktyabr 2005-ci ildə “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sərəncama əsasən hər il oktyabrın 13-ü Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur, ölkə başçısı dəmiryolçuları ali dövlət mükafatları ilə təltif edir.

Azərbaycan Dövlət Dəmir Yolunun inkişafının ən sürətli və parlaq dövrü ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri əhatə edir. 1969-2003-cü illəri Azərbaycan Dövlət Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir.

İndi Azərbaycan Prezidenti İlham Əliyevin böyük qayğlsl ilə Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsi dövrünü yaşayır, Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb kimi beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması sürətləndirilir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər