Bunu Zəngilan rayonunun Ağalı kəndinə qayıdan keçmiş məcburi köçkün Əli Zamanov deyib.
"Şükür bu günə ki, kəndimizə qayıdıram. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah dövlətimizi, xalqımızı qorusun ki, bu günü bizə bəxş etdilər. Sevincimin hədd-hüdudu yoxdur. Çünki yurduma, torpağıma qayıdıram.
Ağalıya həyat yoldaşımla qayıdıram. Dövlətimiz bizə kəndimizdə ev verib. Allaha çox şükür ki, bu günü yaşamağı qismət etdi", - o vurğulayıb.
Qeyd edək ki, bu gün Zəngilan rayonunun Ağalı kəndinə 41 ailə - 110 nəfər köçürülüb.
Ağalı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. (Report)