20.10.2024, 16:48
AZ EN
16.07.2022, 13:30 187

Xəbərdarlıq: Havanın maksimal temperaturu bəzi bölgələrdə 42-44 dərəcəyə yüksələcək

XƏBƏRLƏR
  • İyul ayının ikinci ongünlüyünün sonunadək Bakıda və Abşeron yarımadasında isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 34-38°, bəzi yerlərdə 40°-dək yüksələcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyinin əsəcəyi, sürətinin iyulun 17-si axşamdan 21-i gündüzədək 15-18, arabir 20-23 metr/saniyə olacağı, iyulun 20-21-də yarımadanın bəzi yerlərində arabir saniyədə 25 metrədək güclənəcəyi proqnozlaşdırılır.

İyul ayının ikinci ongünlüyünün sonunadək Azərbaycanın bəzi rayonlarında isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-40°, bəzi yerlərdə 42-44°, dağlarda 30-33°-dək yüksələcəyi gözlənilir.

Qərb küləyi əsəcək, sürəti arabir 15-18 metr/saniyə olacaq, iyulun 17-si axşamdan 21-i gündüzədək ayrı-ayrı yerlərdə arabir saniyədə 20-25 metrədək güclənəcək. (AZƏRTAC)

Oxşar xəbərlər