"2025-ci ildə Avropanın ən yaxşı 25 xəbər saytı" illik icmalında "Feedspot" Trend-i "Euronews", "European Newsroom" və "POLITICO Europe" ilə birlikdə Avropanın ən yaxşı dörd media orqanı sırasına daxil edib.
Reytinq tərtib olunması zamanı məzmunun aktuallığı, nəşrlərə inam səviyyəsi, abunəçilərin sayı və auditoriyanın əhatə dairəsi kimi meyarlar nəzərə alınıb. Siyahı media, texnologiya və əlaqəli sahələr üzrə onlarla mütəxəssisdən ibarət qrup tərəfindən tərtib edilib.
Trend BİA-dan başqa, ilk onluğa "EU Reporter", "DW", "France 24 Europe", "Euractiv", "EUobserver" və "AP News Europe" daxil olub. (Trend)