O, “Kapital bank”-ın əməkdaşı idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Fərhad bir an belə tərəddü etmədən ordu sıralarına qayıdıb, Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərə qatılıb. Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla savaşıb. 20 oktyabrda Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən 3 yaralını xilas edib, 4-cünü çıxararkən düşmən snayperi ilə vurularaq şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fərhad Fərhadlı ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Məzarı Sumqayıt" Şəhidlər Xiyabanı"ndadır.
Fərhadın bir övladı yadigar qalıb.
Allah rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ