09.06.2025, 15:30
AZ EN
05.10.2022, 10:48 231

Bir daxmam olsun, öz torpağımın üstündə olum

XƏBƏRLƏR
  • Vətən sevgisi əzəli və əbədi qəlb odudur, heç vaxt öz təravətini və gücünü itirmir. Buna görədir ki, bəşər övladı bu sevgiyə köklənəndə sanki dünyanın bütün gücü onun qoluna toplanır, göy üzünün bütün işığı və nuru onun qəlbinə, ruhuna dolur. Yaşadığı heç bir dərd, çəkdiyi heç bir həsrət, sevdiyi heç bir şey, heç bir yer Vətən sevgisi qədər böyük olmur...

İradə Surxayova Cəbrayıl rayonunda anadan olub, orda böyüyüb, orda ailə qurub. Qayğısız-kədərsiz ömür yollarının davam etdiyi bir dönəmdə isə yağı düşmən torpaqlarımıza göz dikib, dinc durmayıb və tarixin heç bir dövründə özününkü olmayan torpaq iddiasına düşməkdən belə çəkinməyib. Sonra Cəbrayılda, ətraf bölgələrdə təxribatlar törədib, dinc əhaliyə aman verməyib. Xislətində faşistlik toxumu cücərdən yağı düşmən-ermənilər hələ Qərbi Azərbaycandan başlayan məkrli niyyətlərini, düşmənçiliklərini həyata keçirməyə başlayıb və 1992-93-cü illərdə havadarlarının dəstəyi ilə torpaqlarımızı torpaqlarımızı işğal edib...

O da  30 ilə yaxındır ki, torpaq həsrətilə yaşayıb.

Nikbin və məğrurcasına Böyük Qayıdışı gözləyən İradə Surxayova deyir ki, elə işğala qədər də kənddə təsərrüfatla məşğul olub. Mal-qara saxlayıb, üzüm bağları salıb və digər təsərrüfat işləri ilə məşğul olub. 1993-cü il məlum hadisələrdən sonra Biləsuvardakı şəhərcikdə məskunlaşan İradə xanım iki övlad anasıdır. Həyat yoldaşı isə 1994-cü ildə Lələtəpə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Həyat yoldaşını itirsə də, ümidlərinin itməyən, övladlarını təkbaşına böyüdən bu mübariz xanım qürurulanır ki, artıq doğma yurd həsrətimiz sona çatıb, indi bizi qarşıda daha gözəl günlər gözləyir. “Ailəmizin sevinci hədsizdir: İstəmərəm heç orda dəbdəbəli evim olsun, bir damxam olsun, öz torpağımız üstündə olub, ata-babalarımın, qohumlarımız qəbirlərini ziyarət eləyim, müharibə olmasın, orda yarat yaşayaq.  Təki Vətənə dönək, ondan sonra qarşımıza çıxan bütün çətinliklərə sinə gərməyə nə var ki.”-deyən İradə xanım doğma yurdda yaşamaq istəyindədir. Uca Tanrı kömək olsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər