Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun böyük məsləhətçisi Namiq Əfəndiyev deyib.
O qeyd edib ki, dövlət başçısının tapşırığı əsasında Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə fevral ayından əsir və itkin düşmüş şəxslərin axtarışına başlayıb:
“İlk olaraq işlərə Xocavəndin Edilli kəndində başlanılıb. Fevralda bu ərazidə 7 şəxsə aid insan qalıqları qazılaraq götürülüb. Sentyabrın 14-dən qazıntı işləri davam etdirilib. 5 tam, 1 qarışıq skelet və 12 şəxsə aid kütləvi məzarlıq aşkar edilib. Geyimlərindən hərbçilərimizə aid olduğu güman edilir. Axtarışlar davam etdiriləcək”. (APA)