Rayon rəhbəri bildirib ki, ölkəmizdə daima gənclərə böyük önəm verilib və dövlət başçısı tərəfindən ölkəmizdə gənclər siyasətinin daha da uğurla aparılması istiqamətində dövlət proqramları qəbul edilib və gəncliyin hərtərəfli inkişafına şərait yaradılıb. Regionlarda idman saraylarının, gənclər evlərinin tikilməsi, gənclərin xarici ölkələrə dövlət hesabına təhsil almağa göndərilməsi, gənclər üçün prezident mükafatının ayrılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında gənclərə üstünlük verilməsi möhtərəm prezident İlham Əliyevin gənclərə olan xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Rayon rəhbəri Cəfər Muxtarzadəyə iş və şəxsi həyatında uğurlar arzulayıb.
Cəfər Muxtarzadə dövlətinə və xalqına şərəflə xidmət edəcəyini bildirərək, göstərdiyi diqqətə görə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başcısı Azər Qocayev təşəkkür edib.
Qeyd edək ki, Cəfər Muxtarzadə İngilis dilində təhsil alaraq, Britaniya, Finlandiya və Macarıstan universitetlərində, bakalavr, magistr və doktorantura dərəclərini iqtisadçı-maliyyə və mühasibatlıq, Beynəlxalq Strateji İdarəetmə və Biznesin İdarəetməsi ixtisasları üzrə bitirmişdir. Universitetlə yanaşı Macarıstan dövləti üzrə təcrübəli mühasib “Etibarlı İctimai Mühasib” adı verilən diploma layiq görülmüşdür. Xaricdə yaşadığı dövrlərdə bir çox yüksək dərəcəli Amerika, Avropa şirkətlərində çalışmışdır və həmin şirkətlərdə İdarə heyətinin üzvü, rəhbər vəzifələrdə xidmət etmişdir. Xarici ölkələrdə yaşadığı dövrlərdə mütəmadi olaraq səfirliyimizin, diasporamızın əməkdaşları ilə əlaqə saxlayıb keçirilən tədbirlərə daim öz töhfəsini vermişdir. 44 günlük müharibədə həmyerlilərimizlə yanaşı, həm də bizim siyasətimizi dəstəkləyən xarici vətəndaşlarla birlik yaratmış və vətənimiz, millətimiz adına bir çox layihələri idarə etmişdir.
Mina RƏŞİD