01.08.2025, 19:32
AZ EN
05.06.2025, 09:47 161

Tur Hayerdal: "Azərbaycan dünyada daha qədim yerdir"

XƏBƏRLƏR
  • "Azərbaycanlılar gərək öz qədim mədəniyyətləri ilə qürur duysunlar".

Bunu dünya şöhrətli Norveç alimi, etnoqraf, arxeoloq, antropoloq, səyyahTur Heyerdal müsahibələrinin birində deyib.

O, əlavə edib: "Mən demək olar ki, dünyanın yarıdan çoxunu gəzib tədqiqatlar aparmışam, ancaq Qobustanda olandan sonra əmin oldum ki, bura qədim sivilizasiyanın beşiyidir. Dünyada qayıq təsvirlərinin yaşı 3500 ildən çox deyil, amma Azərbaycandakı bu təsvirlərin yaşı 8 min ildən çoxdur. Mən təslim oluram: Qobustan rəsmləri dünya mədəniyyətinin beşiyi hesab olunan Mesapotomiyadan daha qədimdir. Bu bir daha sübut edir ki, Azərbaycan dünyada daha qədim yerdir".

Qeyd edək ki, dünya şöhrətli İspan rəssam Salvador Dali öz əsərlərinin birində dünyada ilk sivilizasiyanın məskəni kimi Azərbaycanı göstərir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər