01.06.2025, 02:27
AZ EN
30.05.2025, 18:02 249

Magistraturaya qəbulda 95.5 bal toplayan Nicat Əliyev…

XƏBƏRLƏR
  • Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini açıqlayıb. İmtahan nəticələrinə görə, mümkün 100 baldan ən yüksək – 95.5 bal toplayanlardan biri də Nicat Vüqar oğlu Əliyevdir.

Nicat Bakı Ali Neft Məktəbində proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alır, bu il bakalavr pilləsini başa çatdırmağa hazırlaşır. O, mediaya açıqlamasında bildirib ki, gələcəkdə ixtisasını dəyişmək, magistr təhsilini informasiya texnologiyaları sahəsində davam etdirmək istəyir.

Nicat Azərbaycanın tanınmış jurnalistlərindən biri - “Mədəniyyət” qəzetinin baş redaktoru, əslən Cəbrayıl rayonundan olan Vüqar Əliyevin oğludur. Ailənin digər iki övladının da təhsildə yüksək nailiyyətləri var. Nicatın böyük qardaşı Orxan kompüter mühəndisliiyi və süni intellekt üzrə bakalavr və magistr təhsilini başa çatdırıb, hazırda doktorantdır. Bacısı Nərgiz  isə onun özü ilə birlikdə Bakı Ali Neft Məktəbində təhsil alır, kompüter mühəndisliyi ixtisasına yiyələnir.   

Onu da qeyd edək ki, Nicatın dayısı, əslən Ağdam rayonunun Ətyeməzli kəndindən olan Şahin Mustafayev Birinci Qarabağ müharibəsinin şəhididir. Hazırda Bakıda onun adına küçə var.

Oxşar xəbərlər