Səhər saatlarından etibarən aksiya iştirakçıları etirazlarını davam etdirirlər. Dinc aksiya iştirakçıları Azərbaycanın Dövlət Himnini oxuyur, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!" kimi şüarlar səsləndirirlər.