Görüşdə icra başçısı çıxış edərək ölkə başçısının rəhbərliyi ilə aparılan daxili və xarici siyasət, sosial məsələlər, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı Şuşa şəhərində aparılan bərpa-quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlərindən danışdı.
Görüş zamanı Bayram Səfərov rayon əhalisinin problemlərini fərdi qaydada dinləmiş, sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, araşdırılmasına ehtiyac olan bəzi məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını vermişdir.
Hazırladı: Mina RƏŞİD