28.04.2025, 14:50
AZ EN
28.04.2025, 06:41 201

Xocalı sakini: Doğma yurda qayıtmaq qürurvericidir

XƏBƏRLƏR
  • Çox həyəcanlıyıq. Doğma yurda qayıtmaq qürurvericidir.

Bunu bu gün Xocalıya köçən keçmiş məcburi köçkün Ləman Hacıyeva deyib.

O, doğma yurduna qayıdış sevincini gizlətməyib:

“Danışa, hisslərimi ifadə edə bilmirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Qaynatam Xocalıda şəhid olub.

Xocalı işğaldan azad olunandan sonra ora bir dəfə getmişik. Orada çox dəyişikliklər baş verib. Xocalı ilə bağlı çox arzularımız var. İlk arzumuz ora qovuşmaq idi”.

Qeyd edək ki, bu gün Xocalı şəhərinə daha 33 ailə - 137 nəfər köçürüləcək. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Xocalı şəhərinə köçürülən ailələrin ümumi sayı 85-ə - 341 nəfərə çatacaq. (Report)

Oxşar xəbərlər