2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər fərqli ölkələrdən olan blogerlər birlikdə hərəkət edərək insanları həmin günü “Uşaqlara kitab bağışlama günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab bağışlama günü” olaraq qeyd edilməyə başlayıb. Həmin vaxtdan bu təşəbbüs bütün dünyada dəstək qazanaraq yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflər, blogerlər və uşaq yazıçıları böyük rol oynayıb və indi də həmin missiya davam etməkdədir.
Hər il minlərlə həm köhnə, həm də yeni nəşrlər dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.
Mina RƏŞİD