08.03.2025, 06:34
AZ EN
01.02.2025, 16:38 133

Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirilib

XƏBƏRLƏR
  • Şərqi Zəngəzur Regional Təhsil İdarəsi, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin müdiri Rəşad Əliyev, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısının müavini Allahverdi Haxverdiyev, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının müavini Nizami Mönsümov, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Vətən müharibəsi iştirakçıları, qazilər, ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlər, X-XI sinif şagirdləri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov bütün gəncləri bu əlamətdar gün münasibətilə təbrik edərək gənclərin potensialının reallaşması üçün həyata keçirilən dövlət proqramlarından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan geniş imkanlardan bəhs etmişdir.

Tədbirdə həmçinin Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin müdiri Rəşad Əliyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə təbrik nitqi ilə çıxış ediblər.

Daha sonra səmərəli fəaliyyəti ilə seçilən bir qrup gənc Azərbaycan Gəncləri Günü münasibətilə təltif edilib.

Tədbir bədii hissə ilə davam edib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər