25.06.2025, 05:45
AZ EN
27.02.2023, 14:27 371

Qəhrəman gizirimiz

XƏBƏRLƏR

İmanov Pərvin Amin oğlu 16 iyun 1991-ci ildə Tərtər rayonunun Seydimli kəndində dünyaya gəlmişdir. O, Sumqayıt şəhər 17 saylı tam orta məktəbdə oxumuş, orta təhsil almışdır. P.İmanov həqiqi hərbi xidmətə çağırılmış, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət keçmişdir. Hərb sənətinə olan marağı onu birdəfəlik özünə bağladı. Xüsusi Təyinatlı Qüvvələrdə mükəmməl təlim keçərək peşəkar döyüşçü kimi yetişdi. Hamıya məlumdur ki, XTQ düşmənin qorxulu yuxusudur. Məhz elə ona görə də 44 günlük Vətən müharibəsində Pərvin də böyük qəhrəmanlıqlar göstərmişdir. O, Füzuli, Xocavənd, Hadrut, Horadiz, Cəbrayıl, Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərmişdir. 24 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşdə yaralanmışdır. 3-cü dərəcəli əlildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Pərvin İmanov "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şücaətə görə", III dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi" medalları və "Azərbaycan bayrağı " ordeni ilə təltif olunmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər