22.12.2024, 21:27
AZ EN
14.09.2022, 11:15 412

Şeyxülislam Allahşükür Paşazadə Ermənistan ordusunun təxribatları nəticəsində şəhid olan hərbçilərin ailələrinə və doğmalarına başsağlığı verib

XƏBƏRLƏR
  • Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Ermənistan ordusunun genişmiqyaslı təxribatları nəticəsində şəhid olan hərbçilərin ailələrinə və doğmalarına başsağlığı verib.

QMİ-nin mətbuat xidmətinin başsağlığında deyilir: “Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman hərbi qulluqçularımızın şəhid olması xəbərindən hədsiz kədərləndiyini bildirir, onlara Allahdan rəhmət diləyir, ailələrinə, doğmaları və yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa bəxş etsin!” (AZƏRTAC)

Oxşar xəbərlər