09.06.2025, 06:46
AZ EN
25.07.2023, 08:50 285

“Sevincimi sözlərlə ifadə etmək mümkün deyil” - Laçın sakini

XƏBƏRLƏR
  • Bu günü, sevincimi sözlərlə ifadə etmək mümkün deyil. Mən Laçını 10 yaşımda tərk etmişəm. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin, rəşadətli Ordumuzun gücü ilə artıq doğma yurdumuza qayıdırıq.

Bunu Laçın rayon sakini Rüxsarə Nəsibzadə deyib.

O, təəssüf hissi ilə qeyd edib ki, bu gözəl qayıdışı laçınlıların hamısı görə bilmədi: “Mənim anam Laçın işğaldan azad edildiyi gün çox sevinmişdi. Əfsuslar olsun ki, doğma yurdumuza qayıtmaq ona nəsib olmadı. Laçına qayıdarkən ilk olaraq atamın məzarını ziyarət edəcəyəm. Bu gün dünyasını dəyişmiş laçınlıların ruhu sevinir. Doğma rayonumun sakinləri artıq qayıdır”.

Qeyd edək ki, bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Böyük Qayıdış Proqramı çərçivəsində bu mərhələdə Laçın şəhərinə daha 19 ailə (89 nəfər) köçürülür. (AZƏRTAC)

Oxşar xəbərlər