23.12.2024, 11:12
AZ EN
01.11.2023, 12:33 311

“YAŞAT” Fondu daha bir qazinin tibbi xərclərini qarşılayıb

XƏBƏRLƏR
  • “YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Vətən müharibəsi qazisi Bayram Kərimovun tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Qazimiz Bayram Yaşar oğlu Kərimov 1992-ci il fevralın 3-də Gəncə şəhərində anadan olub. Vətən müharibəsinə könüllü yollanan qazimiz ölkəmizin suverenliyi uğrunda vuruşub və ağır yaralanıb. O, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Qeyd edək ki, “YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

Oxşar xəbərlər