22.11.2024, 00:42
AZ EN
07.10.2024, 17:30 146

Kamal Həsənov Nərimanov rayonunda səyyar qəbul keçirib

XƏBƏRLƏR
  • Bu gün Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Bakı şəhəri, Nərimanov rayonunda yerləşən rayon qərargahında keçirib.

Görüşdə icra başçısı ilə yanaşı aparatın məsul əməkdaşları və ərazidə məskunlaşan rayon sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək ölkə Prezidenti və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın “4 Oktyabr – Cəbrayıl şəhəri günü” ilə əlaqədar Cəbrayıl rayonuna səfəri çərçivəsində Cəbrayıl şəhərində Akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəb binasının açılışından, rayon ərazisində bir sıra obyektlərin təməlqoyma mərasimində iştirakından və Cəbrayıl şəhərində inşa olunmuş yaşayış kompleksində yeni evlərə köçən şəhər sakinləri ilə görüşü zamanı geniş məzmunlu çıxışından bəhs edib.

Qəbulda iştirak edən sakinlərin təklifləri həssaslıqla dinlənilib, müraciətlərinin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

Görüşün sonunda qəbulda iştirak edən rayon sakinləri problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər