23.11.2024, 03:33
AZ EN
04.04.2023, 21:00 212

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçid edib

XƏBƏRLƏR
  • Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

Belə ki, 2 minik və 2 yük avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 103-ə çatıb.("Report")

Oxşar xəbərlər