22.11.2024, 03:06
AZ EN
09.10.2024, 16:03 238

Hadrutun azad edilməsi müharibənin taleyini həll edən əməliyyatlardan idi - Ehtiyatda olan hərbçi

XƏBƏRLƏR
  • Hadrut qəsəbəsinin azad edilməsi barədə bizə 2020-ci il oktyabr ayının 5-də tapşırıq verildi.

Bunu ehtiyatda olan polkovnik-leytenant Mənsur Şükürov deyib.

O, taboru ilə iki gün Hadrut istiqamətinə hərəkət etdiklərini bildirib.

"Hadrut istiqamətində düşmən pusqusuna düşdük. Düşmənlə döyüşə girdik şəhidlərimiz və yaralılarımız oldu. Özüm də yaralandım. Biz yaralılarımızı təxliyə etmək istəyərkən qarşıda düşmənin bizi yenidən pusquya salmaq istədiyini hiss etdik və müqavimət göstərməyə başladıq. Məcbur olub qəsəbənin içinə doğru irəlilədik. Burada da ayağımdan yaralandım.

Hadrutun azad olunmasından danışan zabit qeyd edib ki, oktyabrın əvvəlindən başlayaraq Azərbaycan Ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə - Hadruta yönəlmişdi.

"Hadrutun azad edilməsi müharibənin taleyini həll edən əməliyyatlardan idi. Hadrut zəfərindən sonra əsgər və zabitlərimizin həmin şəhərə yolu açıldı. Ermənilərin güclü müqavimətinə baxmayaraq, Şuşa da işğaldan azad edildi", - deyə o qeyd edib. (Trend)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR