"Vətən səsi" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin bununla bağlı elan etdiyi tenderin nəticələri açıqlanıb. Bir ay əvvəl elan edilmiş tenderin qalibi “Azin Construction” MMC olub.
Tenderin nəticələrinə əsasən, Zəngilan,Cəbrayıl və Qubadlı rayonlarında tikiləcək qəbiristanlıqların layihələndirilməsi həmin şirkətə həvalə olunub. Bundan başqa, tərəflər arasında imzalanmış satınalma müqaviləsinin şərtlərinə uyğun olaraq, 30 ilə yaxın davam edən işğal dövründə Cəbrayıl və Zəngilan rayonlarında yararsız hala salınmış ümumi tikililərin sökülməsini və ərazilərin rekultivasiyasını da “Azin Construction” MMC həyata keçirəcək. Bunun üçün qalib şirkətlə 479 min 882 manat məbləğində müqavilə imzalanıb.
Elxan SALAHOV