24.04.2025, 23:06
AZ EN
09.01.2024, 19:17 298

Professor Aygün Attara “Türk Dünyası” mükafatı təqdim olunub

XƏBƏRLƏR
  • İstanbulda 6-cı Qadın Sahibkarlara Dəstək Sammiti və mükafatlandırma mərasimi keçirilib.

 "Güclü qadınlar, güclü sabahlar" mövzusunda baş tutan mərasimdə müxtəlif sahələrdə uğur əldə edən qadınlara mükafatlar təqdim edilib. 

Bu çərçivədə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və "Azərbaycan Evi"nin rəhbəri, professor Aygün Attar “Türk Dünyası” mükafatına layiq görülüb.

Münsiflər heyəti Aygün Attarın “Bir millət, iki dövlət” siyasəti çərçivəsində son dövrdə önə çıxan fikirləri və bu istiqamətdə atdığı mühüm addımlara görə bu mükafata layiq görüldüyünü ifadə ediblər.

Tədbir Yeni Arayışlar Təşəbbüsü Platformu Dərnəyi (YAPDER) tərəfindən təşkil olunub. (APA)

Oxşar xəbərlər