- Hazırda məcburi köçkün ümumtəhsil məktəblərinin köçürülməsi üçün bəlli planlama işləri aparılır. Bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr edilmiş “Böyük qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda deyib.
O qeyd edib ki, 30 il ərzində çox şey dəyişib və həmin insanların qayıtması ilə bağlı planlama işi mütləq aparılmalıdır.
“Həmin əraziyə qayıdan insanların əmək bacarıqları ilə bağlı məsələ də araşdırılmalıdır. Bu prosesdə yeni bacarıqlar, yeni səriştələr çox vacibdir”, - deyə o qeyd edib. ("Trend")