25.04.2025, 12:05
AZ EN
29.08.2024, 09:00 315

19 yaşlı qəhrəman Eltun...

XƏBƏRLƏR
  • Eltun əslən Qərbi azərbaycanlıdır, Sumqayıtda doğulub. Ailədə iki qardaş idilər. Eltun rəqs etməyi və gitara ilə ifa etməyi çox sevərdi. Ata qayğısından uzaq olan Eltun çox məsuliyyətli idi, buna görə məktəb tədbirlərində bir çox işləri ona həvalə edirdilər. Eltunun hərb sənətinə də böyük həvəsi vardı. Hələ məktəb illərindən sərrast atıcılığı öyənmişdi. Qardaşı hərbi xidmətdən qayıdandan iki həftə sonra Eltun Vətənə xidmətə yollandı. O Tərtər istiqamətində baş atıcı kimi qulluq edirdi. Onun şəkli sərrast atıcılığına görə şərəf lövhəsinə də vurulmuşdu...  

Azərbaycan ordusunun əsgəri, şəhid Eltun Əliyev 2001-ci il avqustun 29-da Sumqayıt şəhərində anadan olub. O, 2019-cu ildə Sumqayıt şəhər 24 saylı orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yola düşüb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Eltun Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib.

İgid döyüşçü 2020-ci il oktyabrın 16-da Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz oktyabrın 23-də Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında Böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Döyüş yoldaşları deyirlər ki, təbiətcə sakit olan Eltun döyüşlərdə böyük cəsarət və şücaətlər göstəririb.

Azərbaycan Prezidenti İlham Əliyevin  müvafiq sərəncamlarına əsasən Eltun Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", ”Cəsur döyüşçü” və "Vətən uğrunda" medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

19 yaşlı qəhrəman şəhidimiz Eltun Əliyevin bu gün doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, igid Eltun balamız!

Mina RƏŞİD  

Oxşar xəbərlər