31.10.2025, 19:11
AZ EN
31.10.2025, 12:25 214

Şəhidin qardaşı qızı: Xocalı soyqırımında əmimin ailəsinin yeddi üzvü öldürülüb

XƏBƏRLƏR
  • Qalıqları 33 ildən sonra tapılaraq dəfn edilən itkin-şəhidin ailəsinin yeddi üzvü Xocalı soyqırımı zamanı öldürülüb.

Bunu açıqlamasında oktyabrın 31-də dəfn edilən Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Səfər Qəmbərovun qardaşı qızı Nərgiz Qəmbərova deyib.

O, əmisinin qalıqlarının dəfn olunmasının onlar üçün təskinlik olduğunu vurğulayıb:

"Xocalıda məhv edilən ailələrdən biri də əmim Səfər Qəmbərovun ailəsidir. Soyqırımı nəticəsində onun ailəsinin yeddi üzvü öldürülüb. 33 ildir ki, ürəyimizdə daşıdığımız bu ağrı-acını heç kimin yaşamasını istəməzdik. Əmimin nəşinin tapılıb dəfn edilməsi bizim üçün bir təskinlikdir". (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR