22.11.2024, 01:25
AZ EN
25.08.2024, 12:30 166

İşğaldan azad olunan bölgələrdə sanitariya-gigeyina qaydaları ilə bağlı tədbirlər keçirilir

XƏBƏRLƏR
  • Polis işğaldan azad olunan bölgələrdə sanitariya-gigeyina qaydaları ilə bağlı tədbirlər keçirir.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin ərazilərdə yaşayan, işləyən və səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı, sanitariya-gigiyena tələbləri izah edilir, məlumatlar verilir. Qaydalara əməl etməyən şəxslərlə bağlı inzibati tənbeh tədbirləri görülür.

“Bir daha vətəndaşlarımızdan xahiş edirik, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibili, tullantıları urnalardan kənara atmaq antisosial, xoşagəlməz əməldir, qanunla qadağandır, inzibati məsuliyyət yaradır”, - nazirlikdən bildirilib. (Report)

Oxşar xəbərlər