- Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayonu St.Sumqayıt ərazisində yerləşən Məcburi Köçkünlər üçün salınmış şəhərcikdə, xüsusilə, vətəndaşların sıx olduğu yerlərdə sakinlərlə elektrik enerjisindən səmərəli istifadə ilə bağlı söhbətlər aparılıb.
Tədbirdə Qubadlı sakinlərinə enerji israfçılığının qarşısını almaq üçün kiçik hərəkətlərin böyük fərqlər yarada biləcəyini əks etdirən maarifləndirici bukletlər hazırlanaraq vətəndaşlara paylanılıb.
Mina RƏŞİD