Səyyar görüşdə çıxış edən icra başçısı Bayram Səfərov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan abadlıq və quruculuq sahəsində görülən işlər, ölkəmizin beynəlxalq arenada əldə etdiyi uğurlar, "Böyük Qayıdış" Proqramının sürətlə icra edilməsi, sosial-iqtisadi sahədə əldə edilən uğurlardan danışdı. Əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə halını aldığını vurğulayan Bayram Səfərov səyyar qəbulların məqsədinin respublikanın müxtəlif rayonlarda məskunlaşan Şuşa rayon əhalisinin ortaya çıxan problemlərinin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd etdi.
Səyyar qəbulda sakinlərin müraciətləri və təklifləri dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi, həlli vaxt tələb edən məsələlər nəzarətə götürüldü.
Hazırladı: Mina RƏŞİD