12.07.2025, 23:16
AZ EN
14.08.2023, 15:36 331

Şəhid övladları üçün Almaniyada yay məktəbi başlayıb

XƏBƏRLƏR
  • “Asan xidmət” və “Yaşat” fondunun birgə təşkilatçılığı, “Neqsol Holding”in və “Bakcell”in dəstəyi ilə şəhidlərimizin övladları üçün Almaniyanın Frankfurt şəhərində yay məktəbi başlayıb.

Fondun yaydığı məlumata görə, 13-26 avqust tarixini əhatə edən yay məktəbi Yohan Volfqan fon Göte adına Frankfurt Universitetində həyata keçirilir. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində, şəhər ekskursiyasında, tarixi abidələr və muzeylər gəzintisində, Lüksemburq səyahətində iştirak edəcəklər.

Yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 nəfəri əhatə edir.

Qeyd edək ki, “YAŞAT” Fondu tərəfindən şəhidlərimizin övladları üçün mütəmadi olaraq bu cür layihələr reallaşdırılır. Məqsəd yeniyetmələrin dünyagörüşünün genişləndirilməsinə, yeni biliklər əldə etməsinə xidmət etməklə yanaşı, həm də vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR