Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “YAŞAT” Fondu Vətən müharibəsi şəhidi Vüsal Məmmədovun valideynlərinə müalicə xərclərinin qarşılanması və tibbi ehtiyaclarının ödənilməsi üzrə dəstək göstərir.
Qeyd edək ki, Vüsal Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü olaraq qatılıb. O, Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı oktyabrın 12-də şəhid olub. (AZƏRTAC)